2 ilə 6 dərəcə istilikdə hazır soyudulmuş şorbaların saxlama müddəti iki gündən çox deyil. Foodinfo.az xəbər verir ki, 6 dərəcədən yuxarı temperaturda patogen bakteriyaların aktiv şəkildə çoxalmağa başlayır və bu ciddi qida zəhərlənməsinə səbəb ola bilər. Şorbanın saxlama müddəti onun tərkibindəki maddələrdən çox asılıdır. Məsələn, göbələk və noxud şorbası tez xarab olan qidalar kimi təsnif edilir. Onlar hazırlandıqdan sonra 24 saat ərzində yeyilir. Saxlama şəraiti olsa belə tərkibində süd olan şorbalarını hazırlandıqdan 12 saatdan gec olmayaraq yemək daha yaxşıdır.

Süd məhsulları da laktozu laktik turşuya çevirən fermentasiya prosesinə məruz qalır. Bu, şorbanın dadını və qoxusunu dəyişir, onu istehlak üçün yararsız edir.