Bəzi qidalar qalxanabənzər vəzində xroniki problemlərə səbəb olur.

Foodinfo.az xəbər verir ki, bu probleminiz varsa, fast food, şirniyyat və şəkərli içkilər, qızardılmış qidalar, karbohidratlar və qlütenli məhsullardan uzaq durun. Bunun əvəzinə meyvə, tərəvəz, sağlam yağlar (avokado, zeytun yağı), süd məhsulları, heyvani zülallar (yumurta, hinduşka), qoz-fındıq və paxlalı bitkilər, həmçinin ədviyyatlar yemək lazımdır. Adi və mineral su və ya şəkərsiz çay içmək məsləhətdir.