Qoz saç sağlamlığı üçün çox faydalı olan qida maddələri ilə zəngindir. Tərkibindəki omeqa-3 yağ turşuları, biotin, E vitamini və sink saçların güclənməsinə və parıltılı olmasına kömək edir. 

Foodinfo.az xəbər verir ki, omeqa-3 yağ turşuları saç köklərini qidalandırır və saçın uzanmasını sürətləndirir.

Biotin və E vitamini saçların elastikliyini artıraraq qırılmasının qarşısını alır. 

Sink isə saç dərisini dəstəkləyir və saç tökülməsini azaldır. 

Günlük qoz istehlakı, sağlam və güclü saçlar üçün ideal bir təbii vasitədir.