Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 29-da Saatlı rayonu ərazisində qanunsuz ov edən Bakı şəhər sakini S.Şıxalıyev, Cəlilabad rayon sakini R.Nəzərov və Abşeron rayon sakini R.Tağıyev saxlanılıblar.
Onlardan “Stoeger”, “Salıx Arms”, “Escort Supreme Max” markalı 3 ədəd tüfəng, 6 ədəd patron və 56 çöl quşu aşkar edilərək götürülüb.