Bu təbii formula sayəsində artıq evinizdə tarakanlardan xilas olmaq çox asandır. Bundan əlavə, tərkibində kimyəvi maddələr olmadığı üçün evinizə və sağlamlığınıza heç bir zərəri yoxdur. 

Foodinfo.az bildirir ki, yay mövsümü ilə əlaqədar olaraq evlərdə müxtəlif həşərat növləri görünməyə başlayır. Ən çox rastlaşdığımız növlər, şübhəsiz ki, tarakanlardır. Evlərə daxil olan tarakanlar ən qısa müddətdə yuva qurur və sürətlə çoxalırlar. Beləliklə, eviniz tarakan istilasına məruz qalır. Bu həşəratlardan xilas olmaq üçün bəzi kimyəvi vasitələr olsa da, ən təsirlisi və ən sağlamı təbii üsullardır.

Bu təbii üsullardan biri soda və soğan qarışığıdır. Soda həzm sistemini zədələyərək tarakanları məhv edir. Soğan isə kəskin qoxusu ilə həşəratları dəf edir. 

Xırda doğranmış soğan soda ilə qarışdırılır və tarakanların tez-tez göründüyü yerlərə qoyulur. Tarakanlar bu qarışığı yedikdə soda mədə turşusu ilə reaksiyaya girib qaz əmələ gətirməsi nəticəsində ölürlər. Bundan əlavə, soğanın kəskin qoxusu həşəratların bu ərazilərdən qaçmasına da səbəb olur. Soda və soğan qarışığı ucuz və hazırlanması asan olduğu üçün ən çox seçilən təbii həşəratqovucu üsullarından biridir.