Hindistanın Naqpur şəhərindən olan iş adamı onlayn dələduzluğun qurbanına çevrilib və 7 milyon dollardan çox pul itirib.

Foodinfo.az xəbər verir ki, Sontu Navratan Ceyn adı ilə özünü bukmeker kimi təqdim edən dələduz biznesmeni tez qazanc vədi ilə onlayn qumar oynamağa razı salıb. 

Təxminən 11.000 dollarlıq ilk uğurlu transferdən sonra iş adamı sonda böyük itkilərə səbəb olan bir prosesə cəlb olunub.

Əvvəlcə 670 min dollara yaxın pul qazansa da, iş adamı sonda təxminən 7,7 milyon dollar itirib.Vəziyyətin şübhəli olduğunu anladıqda o, bütün itkiləri qaytarmaq xahişi ilə Ceynə müraciət edib, lakin rədd cavabı alıb. 

Nəticədə iş adamı kiberpolisə müraciət edib.

Polis Ceynin iqamətgahını aşkar edərək, burada 1,9 milyon dollardan çox nağd pul, həmçinin 4 kq qızıl və 200 kq-dan çox gümüş tapsa da, fırıldaqçının özü qaça bilib. Onun hazırda Dubayda olduğu güman edilir.

Leyla