Azərbaycan Texniki Universitetinin tələbəsi Vüsal Niftəliyev vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Onun keçirdiyi xəstəlikdən sonra gözlənilmədən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, V.Niftəliyev universitetin Xüsusi Texnika və Texnologiya fakültəsinin II kurs magistr tələbəsi olub.