Müştəri pulu təkrar ödəməyərək aldığı malı götürüb gedib
Marketdə quş müştərinin pulunu aparıb. Foodinfo.az-ın xəbərinə görə, hadisə Braziliyada baş verib. Görüntülər təhlükəsizlik kamerasına düşüb. Məlum olur ki, müştəri aldığı malın pulunu tərəzinin üzərinə qoyur.
Bu zaman haradansa bir quş peyda olur. Müştəri quşu əzizləmək istəyərkən, quş pulu götürərək uçub gedir. Müştəri isə pulu təkrar ödəməyərək aldığı malı götürüb gedir.
https://www.youtube.com/watch?v=w6ZuNLXuWGg