Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi karantin fitosanitar nəzarəti zamanı “FOOD LOGISTIC” MMC-nin müvəqqəti saxlanc anbarında yerləşən fitosanitar nəzarət postunda Azərbaycandan idxal olunan çəkisi 13,85 ton olan təzə bibərin müayinəsi zamanı Rusiya Federasiyası üçün karantin obyekti olan - qərb gülü tripsi (Frankliniella occidentalis Pergande) aşkarlanıb.
Foodinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, karantin obyektinin varlığı "Rosselxoznadzor"un tabeliyində olan "Ümumrusiya Bitki Karantini Mərkəzi" Federal Dövlət Büdcə Təşkilatının (FGBU "VNIIKR") mütəxəssisləri tərəfindən aparılan laboratoriya müayinəsi ilə təsdiqlənib.
Rusiya Federasiyasının fitosanitar qanunvericiliyinə uyğun olaraq, yoluxmuş bibər partiyası Azərbaycan Respublikasının ərazisində yükgöndərənə qaytarılıb.
Son xəbərlər
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub