Uşağın sağlamlığı və normal inkişafı hər bir ana üçün ən vacib məsələlərdən biridir. Bir çox anaları bu kimi sual daim narahat edir: uşağımı düzgün qidalandırırammı? Məşhur ukraynalı pediatr Yevgeniy Komarovski öz verlişlərindən birində bu suala çox sadə və eyni zamanda müfəssəl cavab verib. Sizə pediatrın məsləhətini təqdim edirik: "Əgər uşaq gün ərzində hər hansı 1 meyvə, 1 tərəvəz, 1 sıyıq, 1 ət xörəyi (burada balıq və quş əti də nəzərdə tutulur) və 1 süd məhsulu yeyirsə, bu uşaq düzgün və sağlam qidalanır. Təbii ki, meyvə, tərəvəz, sıyıq, ət və süd məhsulu tez-tez dəyişilməlidir ki, uşaq eyni qidanı uzun müddət ərzində yeməsin". (saglamolun.az)