Azərbaycanda kimyəvi zəhərlənməyə məruz qalan uşaqlar arasında ilk yeri dərmandan zəhərlənmələr tutur.
Bunu Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib.
İ.Əfəndiyevin sözlərinə görə, ümumilikdə 2017-ci ildə 356 nəfər uşaq kimyəvi zəhərlənməyə məruz qalıb ki, bu da 2016-cı ildəki (377 nəfər) göstəricidən azdır.
Ötən il kimyəvi zəhərlənməyə məruz qalan uşaqlar arasında ölüm halının baş vermədiyini deyən İ.Əfəndiyev qeyd edib ki, dərmanlardan zəhərlənmələr uşaqlar arasında qeydə alınan kimyəvi zəhərlənmələrin 45,8 faizini təşkil edir:
"Uşaqlar diqqətsiz qalaraq böyüklərin ya harasa qoyulmuş, qapağı açıq qabdakı dərmanlarını, yaxud da zibil qabına atılmış köhnə dərmanları içirlər. Uşaqlar riskləri düzgün qiymətləndirə bilmirlər. Onlar dərmanların əlvan rənglərinə, parlaq olmasına maraq göstəririlər".
İ.Əfəndiyev deyib ki, daha çox 2-4 yaşlı uşaqlar dərmanlardan zəhərlənirlər. Mütəxəssisin sözlərinə görə, zəhərlənən uşaqlar arasında oğlanlar daha çox üstünlük təşkil edirlər: "Bunun da səbəbi onunla izah oluna bilər ki, oğlan uşaqları daha çox nəzarətsiz qalır, sərbəst şəkildə həyətdə oynayırlar. Ona görə də qızlarla müqayisədə oğlanlar arasında zəhərlənmələr daha çoxdur". (Trend)
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb