“Xərçəng xəstəliyini ilkin başlanğıcda tamamilə sağaldıram, gecikdiyi halda xəstənin ömrünü bir az da uzada bilirəm. Təbii ki, Allahın izni ilə.” Bu sözləri Foodinfo.az-a Avropa Təbii Elmlər Akademiyasının üzvü, fitoterapev Ürfan Cabbarzadə deyib. Dosye: Əslən Şəkidəndir. Bakı Dövlət Universitetinin biologiya fakultəsini bitirib. 40 ildir ki, fitoterapiya ilə məşğuldur. Hannoverdə yerləşən Avropanın Təbii Elmlər Akademiyasının üzvüdür. Onkoloji xəstəliklər haqqında ilk kitab və dərman bitkilərinə aid ətraflı lüğətin müəllifidir. (“Xalq təbabəti onkologiyada”, Qanun nəşriyyatı 2013 ) . O, xalq təbabəti barədə maarifləndirici məqalələri ilə Moskvada nəşr olunan “Narodnıy doktor” jurnalında çıxış edir. Ü.Cabbarzadə dərman bitkiləri ilə bir çox xəstəlikləri müalicə edən, dərman bitkilərinin gücləri barədə araşdırmalar aparan bioloqdur. “Əvvəlcə bitki müalicəsini öz üzərimdə sınadım. Bunun üçün Moskva, Kiyev, Riqada yaşayan fitoterapevtlərlə görüşüb məsləhətlər aldım. Fitoterapevtlərin kitablarını mütaliə etdim. Nəticədə müvvəffəqiyyətli müalicə əldə etdim”, - deyir. - Ürfan xanım, təbiətin otları ilə hansı xəstəlikləri müalicə edə bilirsiz? - Ümumilikdə 1200-dən çox bitkidən istifadə edirəm. Onların köməyi, Allahın izni ilə qarmarit, onkoloji xəstəliklər, bronxial astma, öd, böyrək, ürək, qan-damar xəstəlikləri, prostatit kimi bir çox ağır xroniki xəstəlikləri müalicə edirəm. - Bitkilərlə müalicə bütün hallarda nəticə verirmi? - Bitki müalicəsi orqanizmə tədricən təsir edir. Sağalma yavaş-yavaş başlayır, amma nəticə uğurlu olur. Xəstəlikdən tamamilə can qurtarmaq mümkündür. Əsas odur ki, bitkilərin sirrini dərindən biləsən və hansı xəstəliyin dərmanı hansı bitkidədirsə düzgün istifadə edəsən. Bitki müalicəsi möcüzəvi müalicədir. Sadəcə dəqiq bilməlisən ki, hansı xəstəyə nə verməlisən. - 1200-dən çox bitkidən istifadə etdiyinizi deyirsiz. Bu bitkiləri haradan əldə edirsiz? - Onların bəzilərini rayon-rayon gəzib dağlardan toplayıram. Bəzilərini xarici ölkələrdən gətirdirirəm. Hazırda eyvanımda 200-ə qədər bitki var. Bununla bağlı mən çox mübahisələr etmişəm. Təcrübəm göstərir ki, daha gözəl nəticələr məhz daha çox bitkilərdən alınır. Bir çox türkəçarəçilər qarmariti müvəqqəti müalicə etdiyi halda mən tamamilə sağalda bilirəm. Hazırladığım bir qarışıq hətta bədxassəli şişləri, xalları məhv edir, təkrar əmələ gəlməsinin qarşısını alır. Öddə, böyrəklərdə, sidik kanalında olan daşları məhz bu qarışıqlar vasitəsilə əridib, ağrısız yox olmasına nail oluram. Əsrlərin sirlərini özündə daşıyan təbiətin təbabətə sızan bilgilərinə nəzər salsaq görərik ki, tarixi çox qədimlərə gedib çıxacaq. Öskürəyi heyva tumu ilə müalicə etməyə başlayanda ibtidai insan türkəçarələrin əsasını qoymuş oldu. Qədim Yunanistanın məşhur həkimi Hipokrat ”Xəstəliyi təbiət sağaldır, həkim ona kömək edir” şüarını irəli sürməklə daha da genişləndirmiş oldu. Xəstəliyə tutulmaq öz əlimizdə olmasa da, onlardan qorunmaq, sağlamlığımızın qeydinə qalmaq öz əlimizdədir. İnsan təbiətdə yaranır. Təbiətdə yaşayır, yaşlanır və sonda da sirli təbiətə qarışır. Sağlam canla təbiətə qarışmaq üçün vaxtında sağlamlığımızın qeydinə qalaq. Heç vaxt özünə olan inamı itirməyən türkəçarələrdən yararlanmağa dəyər. Nəsibə Nəsibqızı/Foodinfo.az