Azərbaycanda Xəzər dənizində nəhəng nərə balıqlarına rast gəlinməməsinin səbəbləri açıqlanıb. Foodinfo.az xəbər verir ki, Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov bildirib ki, müasir dövrdə bu balıq növlərinin sayı Xəzərin orta və cənub hissələrinə nisbətən, şimal hissəsində qismən də olsa üstünlük təşkil edir: “Bunun səbəbi onların buradan Ural çayına miqrasiya etmək imkanlarının olması ilə bağlıdır”. Ural çayında təbii şəraitin saxlanıldığını deyən S.Süleymanov bildirib ki, nərə balıqları bu yerlərə miqrasiya edərək kürülərini tökür, çoxala bilirlər. “Azərbaycanda isə təbii çoxalma yerlərinin sayı demək olar ki, yox dərəcəsindədir”, - deyə tədqiqatçı son dövrlərdə Azərbaycan ərazisində böyük ölçüyə malik nərə balıqlarına rast gəlinmədiyini vurğulayıb.