Meyvə şirələri, müxtəlif növ şərablar və spirtli içkilər, mineral sular, meyvə-tərəvəz, fındıq, nar, meyvə quruları, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, çay və sair məhz bu stenddə moskvalılara təqdim olunmaqdadır. Açılış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev Azərbaycan məhsullarının Rusiya bazarında yayılması konsepsiyasının formalaşdırılmasından məlumat verib. “Tvoy Dom” ticarət şəbəkəsinin icraçı direktoru Şamil Muradov isə Azərbaycan məhsullarına Rusiyada olan marağı nəzərə çatdırıb: “Əlbətdə, birinci növbədə Biz rusiyalı istehlakçıları düzgün, həqiqətən Azərbaycanda istehsal olunan məhsullarla tanış etməkdir. İstəyirik ki, insanlar ölkəmizin məhsullarının dadını bilsinlər. Məncə bu ən əsas səbəbidir”. Tədbir Qırmızı lentin kəsilməsi ilə davam etdirilib. Açılış mərasimində iştirak edənlər isə ilkin olaraq Azərbaycan məhsulları ilə tanış oldu və Azərbaycan milli mətbəxinin təamlarından dadıblar. “Azərbaycan Nemətləri” adı altında fəaliyyət göstərəcək ticarət güşəsinin aşılış mərasimi milli musiqi və rəqs nömrələri ilə davam etdirilib.