Braziliyada yerləşən Juruena çayı üzərindəki düşərgədə Erivaldo Moriman adlı şəxs yalın əlləri ilə yaquarla döyüşüb və qardaşı oğullarını xilas edib. 

 Foodinfo.az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Belə ki, Moriman 15 və 18 yaşlı iki qardaşı oğlu ilə qaldığı düşərgəyə səhər gəzintisindən qayıdanda yeniyetmələrin yaquarın hücumuna məruz qaldığını görüb və yırtıcının fikrini yayındırmaq üçün qollarını yelləyərək qışqırıb.

Yaquar tez diqqətini Morimana yönəldib və onun üstünə atılıb. Sağ qalmaq üçün kişi vəhşi heyvanı pəncəsindən tutub.

Ciddi xəsarət almasına baxmayaraq, "qəhrəman əmi" yalın əli ilə yaquarı uzaqlaşdıra bilib. Həkimlər onun başındakı yaralara 150 tikiş atıblar.