“Səba” ASC-nin Mühahidə Şurası və İdarə Heyətinin tərkibində dəyişiklik olub.
ASC-nin açıqladığı maliyyə hesabatında deyilir ki, cəmiyyətin Müşahidə Şurasının üzvü Zakir Əzimov vəzifəsini tərk edib. Onu Elmar Abasov əvəz edib.
Digər bir dəyişiklik isə İdarə Heyətinin üzvü Vüqar Baloğlanovun vəzifədən getməsi olub. İdarə Heyyətinə iki üzv - Nicat Nağıyev və Cavanşir Cəbrayılzadə təyin olunublar. (Fed.az)