Davisdəki Kaliforniya Universitetinin alimləri qırmızı şərabdan sonra baş ağrılarının səbəbini açıqlayıblar. Araşdırmanın nəticələri Scientific Reports jurnalında dərc olunub.

Bəzi insanlar hətta kiçik bir stəkan qırmızı şərab içdikdən sonra 30 dəqiqə ilə üç saat ərzində baş ağrısı hiss edə bilərlər. Üstəlik, bu digər spirtli içkilər qəbul edərkən baş ağrısı hiss etməyən insanlarda da baş verə bilir.

Mütəxəssislər bunun qırmızı şərabların tərkibində olan flavanoldan irəli gıldiyini bildiriblər. Çox güman ki, quercetin maddəsi spirtin normal metabolizmasını pozaraq baş ağrılarına səbəb olur. Üstəlik, qırmızı şərabda bu flavanolun səviyyələri günəş işığının miqdarından, şərab istehsal üsulundan, o cümlədən fermentasiyadan asılı olaraq çox dəyişə bilər.