Anemiya bədəndə kifayət qədər sağlam qırmızı qan hüceyrələrinin olmadığı vəziyyətdir.

Mütəxəssislər anemiyanın qarşısını almaq və müalicə etmək üçün qida rasionunda bəzi bitki mənşəli qidaların vacibliyini vurğulayırlar.

Anemiyaya yaxşı təsir edən qidalar arasında portağal və limon kimi C vitamini ilə zəngin meyvələr var.

*Vitamin C dəmirin udulmasını artıraraq anemiya ilə mübarizə aparmağa kömək edir.

*Brokoli kimi lifli və antioksidantla zəngin tərəvəzlərin qırmızı qan hüceyrələrinin çoxalmasına kömək etdiyi də bildirilir.

*Kişmiş də qan azlığının müalicəsində təsirli çərəzdir.

*Nanə çayı, çobanyastığı çayı, gicitkən çayı və qızılgül çayı kimi bitki çayları anemiyaya qarşı müalicədə istifadə edilə bilər.