Texas Kənd Təsərrüfatı və Həyat Elmləri Kollecinin tədqiqatçıları müəyyən ediblər ki, hil iştahınızı artırarkən arıqlamağınıza kömək edə bilər. 

 Foodinfo.az gazeta.ru-ya istinadən xəbər verir ki, tədqiqat “International Journal of Molecular Sciences” jurnalında dərc olunub.

Belə ki, alimlər qidalarına müxtəlif dozalarda hil toxumu əlavə edilmiş heyvanlar üzərində təcrübə aparıblar. 

Məlum olub ki, hil iştahı artırır, eyni zamanda da enerji xərclərini yüksəldir və bədən piyini əridir.

Alimlər müəyyən ediblər ki, çəkisi təxminən 60 kiloqram olan insan üçün toxumun təxmini aktiv dozası ən azı 77 milliqramdır.

Tədqiqat hilin yağ toxumasını parçalaladığını, eləcə də qaraciyər və əzələlərdə enerji istehsalını tənzimləyən sinir dövrələrinə təsir etdiyini təsdiqləyib.