Son illərdə aparılan araşdırmalar kətan toxumunda olan alfa-linolenik turşunun beyin sağlamlığını da dəstəklədiyini ortaya çıxarıb. Alfa-linolenik turşu (ALA) omeqa-3 yağ turşularından biridir. Bu yağ turşuları beyin sağlamlığını dəstəkləyir, iltihabı azaldır və ürək sağlamlığını qoruyur. ALA bitkilərdə olan bir növ omeqa-3 yağ turşusudur və insan orqanizmi tərəfindən istehsal oluna bilməz, ona görə də onu pəhriz vasitəsilə əldə etmək vacibdir. 

 Foodinfo.az-ın məlumatına görə, kətan toxumu zəngin lif tərkibi ilə həzm sisteminə kömək edir. Tərkibində həll olunan və həll olunmayan liflər olan kətan toxumu bağırsaq sağlamlığını qoruyur, toxluq hissini artırır və həzm prosesini tənzimləyir.

Liqnan adlanan bitki birləşmələri ilə zəngin olan kətan toxumları antioksidan təsirləri sayəsində hüceyrə zərərini azaldır və xərçəngin qarşısını almağa kömək edir.   

Kətan toxumunun tərkibindəki yağlar ürək sağlamlığını dəstəkləyir. Bu yağlar pis xolesterinin (LDL), qan təzyiqinin aşağı salınmasında, aterosklerozun və insultun qarşısının alınmasında təsirlidir. Bir araşdırmaya görə, kətan toxumunun müntəzəm istehlakı LDL xolesterolunu yüzdə 20, ümumi xolesterini isə yüzdə 15 azaldıb. 

Kətan toxumunda həm həll olunan, həm də həll olunmayan lif var. Həll olunan lif nəcisi yumşaldır. Beləliklə, bağırsaqlarda asan sorulmanı təmin edilir. Həll olunmayan liflər isə tullantıların bağırsaqlarda asanlıqla hərəkət etməsinə imkan verərək nizamlı həzm üçün stimullaşdırıcı rol oynayır. Bu iki növ lif sağlam həzm üçün birlikdə işləyir. Məhz bu liflər sayəsində toksinlər və artıq yağlar bədəndən çıxarılır. 

Tərkibindəki lignan sayəsində kətan toxumu döş, kolon və prostat xərçəngi şişlərinin inkişafının qarşısını almaqda xüsusilə faydalıdır. Bu birləşmələr yeni qan damarlarının əmələ gəlməsini və böyüməsini dayandırmaq gücünə malikdir. Bir araşdırmaya görə, döş xərçəngi riskinin qarşısını almaq üçün müntəzəm olaraq kətan toxumu istehlakının nisbəti yüzdə 18-dir.