İştahınızı "aldada bilən" bəzi qidalar da istədiyiniz çəkiyə çatmağınıza kömək edə bilər. Synergy Universitetinin Analitik Mərkəzinin eksperti, Instamed klinikalar şəbəkəsinin baş həkimi Olqa Rubleva onlar haqqında daha çox Rossiyskaya qazeta-ya danışıb.

O izah edib ki, iştahın formalaşmasına (və ya olmaması) bir çox amillər təsir edir - məsələn, fiziki fəaliyyət, qida keyfiyyəti, yemək rejimi və hava istiliyi. Amma əsas amillərdən biri insan sağlamlığının vəziyyətidir.

Aclığın öhdəsindən gəlməyə kömək edən və iştahı "aldadan" qidalardan ilk növbədə kompleks karbohidratları ayırd etmək olar. Həkim xatırladıb ki, onlar qarabaşaq yarması, qəhvəyi düyü, paxlalı bitkilər, bəzi tərəvəzlərdə (kələm, ispanaq, kartof, yerkökü), qoz-fındıq, tam taxıl məhsullarında olur.