Havaların soyuması ilə dərimizdə qurumalar baş verir.
Baxım vasitələrindən başqa dərini qidalandıran təbii məhsullar ilə də bunun qarşısnı almaq mümkündür.
İspanaq
Bu yaşıl yarpaqlı tərəvəz antioksidan baxımından zəngin olan qidalardan biridir. İspanaq tərkibindəki dəmir, folat, xlorofil, maqnezium, A, C və E vitaminləri ilə yanaşı proteinlə də zəngin olan möhtəşəm bir qida qaynağıdır. Dəri problemləri ilə mübarizə apararaq tərkibindəki A,C, E vitaminləri dərini təmizləyir.
Alabalıq
Alabalıq və ton balığı kimi yağlı balıqlar omeqa-3 yağ asitləri baxımından son dərəcə zəngindir. Omeqa-3 yağ asitləri dəri sağlamlığını qoruyur. Xüsusilə allergik reaksiyalar səbəbilə qızarmış dərinin yenilənməsini sürətləndirir. Bundan başqa balıq dərinin nəm tarazlığını tənzimləyir və qurumağa qarşı qoruyur. Günəş şüalarının zərərli təsirlərinin aradan qalxmasına kömək edir.
Qaragilə Qaragilə C vitamini baxımından olduqca zəngin bir meyvədir. Qaragilə dərinin elastikliyinin artmasını təmin edir və kollagen proteini istehsal etməyə kömək edir. Tərkibində olan bir çox maddələr sayəsində qaragilə antioksidan təsir göstərərək dərinin həssas quruluşuna dəstək olur.
(metbuat.az)