Qəhvə içənlərin öd kisəsində daş əmələ gəlmə riski azalır. Bunu Kopenhagen Universitetinin alimləri bildirib. Belə ki, gündə 5 və daha artıq fincan kofe içmək kəskin şəkildə öd daşı riskini azaldır.
Alimlər 12 illik tədqiqatlarda 105 min insanın həyat və qidalanmasını izləyiblər.
İştirakçıların nə qədər kofe içməsi və öd daşından əziyyət çəkib-çəkməməsi araşdırılıb.
Hesablamalar göstərib ki, gündə hətta 1 fincan kofe içmək belə öd daşı xəstəliyini 3% azaldır.
Lakin maksimal effekt 5 və daha çox fincan kofedə alınır.
Necə olur ki, qəhvə daş yaranmasına mane olur?
Kofein ödə qarışdıqda, öd turşusunu stimulə edir, onu qovur və kisədə xolesterin mənşəli daşların yaranmasına imkan vermir.
Bundan əlavə kofe UGT1 genini aktivləşdirir, hansı ki, bu gün öd piqmenti olan bilirubinin maye halına çevrilməsi prosesinə cavabdehdir. Maye halına keçməyən bilirubin məhz öd kisəsi daşlarının yaranmasına birinci səbəbdir.
Alimlər bir şeyə təəssüflənir ki, kofenin günlük dozası 400 mq-ı aşmamalıdır. Təzyiq və miqren xəstələri də kofedən uzaqdır. Amma ödə dəstək məqsədilə heç olmasa günə 1 fincan yaxşı keyfiyyətli qəhvə içmək məsləhətdir.
Hamilə qadınlar kofe ilə eksperiment etməməlidir. (medicina)