Soyuq üsulla (qaynatmadan) bişirilmiş moruq mürəbbəsi çox faydalı və müalicəvi məhsuldur.
Bu üsulla bişirilmiş mürəbbədə moruğun bütün faydalı xüsusiyyətləri saxlanılır.
Foodinfo.az saglamolun.az-a istinadən sevimli mürəbbənin şəfaverici xüsusiyyətlərini təqdim edir:
1. Moruq mürəbbəsi fitonsidlərlə zəngindin. Bu maddələr təbii antibotiklər sayılır və məhz fitonsidlər mürəbbəyə heyranedici qoxudan əlavə mikrob və virus əleyhinə təsir bəxş edir. Bu səbəbdən moruq mürəbbəsi soyuqdəymə, qripp, angina zamanı çox faydalıdır.
2. Moruq mürəbbəsində asetilsalisil turşusuna (aspirin tərkibində olan turşu) oxşar maddələr var ki, bu maddələrə görə moruq mürəbbəsi yüksək hərarəti aşağı salmaq xüsusiyyətə malikdir.
3. Moruq mürəbbəsi ellaq turşusu ilə zəngindir. Bu turşu orqanizmə xərçəng əleyhinə təsir edir.
4. Moruq mürəbbəsinin tərkibində olan fitosterinlər aterosklerozun qarşısını alır, kumarinlər isə qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır.
5. Moruq mürəbbəsi immun sistemini möhkəmləndirir, vitamin çatışmazlığının qarşısını alır.
Foodinfo.az
Son xəbərlər
- Turşəngin insan sağlamlığı üçün faydaları
- Gavalı və kişmişin köməyi ilə qəbizlikdən necə qurtulmaq olar
- Bu meyvədən gündə ən çox iki ədəd yemək olar
- Bu əzələ hərəkəti yüksək təzyiqi azalda bilər
- Artıq çəki beyin sağlamlığına necə təsir edir
- Uşaqlara sağlam qida sevgisini necə aşılamaq lazımdır?