Bu ilin ilk dörd ayında Azərbaycanda 5 milyard 132 milyon ədəd siqaret və siqar istehsal olunub.

Foodinfo.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu illik müqayisə ilə 428,9 milyon ədəd və ya 9,1% çoxdur.

Bundan başqa hazır məhsul ehtiyatı son bir il ərzində 196,3 milyon ədəd və ya 27,3% artaraq mayın 1-nə 916,1 milyon ədəd təşkil edib.