Azərbaycanda əhalinin istehlak etdiyi qida məhsulları sırasında ən üstün yeri süd və süd məhsulları tutur. 2018-ci ildə ölkədə bir nəfərin istehlak etdiyi süd və süd məhsullarının çəkisi 240,2 kq olub. Bu göstərici 2017-ci ildə 238,1 kq, 2016-cı ildə 236,2 kq olub. Ötən müddətdə əhalinin istehlak etdiyi tərəvəz məhsulları və meyvələrin çəkisində də artım olub. 2016-cı ildə bir nəfərin istehlak etdiyi tərəvəzin çəkisi 105,1 kq, 2017-ci ildə 104,1 kq, 2018-ci ildə 112,8 kq olub. Meyvə və gilmeyvəyə gəldikdə, 2016-cı ildə bir nəfərin il ərzində istehlak etdiyi meyvə və gilmeyvələrin çəkisi 70,4 kq, 2017-ci ildə 71,2 kq, 2018-ci ildə 73,4 kq olub. Həmçinin, ötən müddətdə ət və ət məhsullarının istehlakı da çoxalıb.