Dövlət Aqrar Ticarət Şirkəti vakansiya elan edib. Foodinfo.az xəbər verir ki, maraqlnana şəxslər CV-ni [email protected] mail ünvanına göndərə bilərlər Vakansiya: Beynəlxalq satış şöbəsinin mütəxəssisi Namizəd üzrə tələblər: - Ali iqtisadi təhsil - Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq - Korporativ satış sahəsində ən azı 2 il iş təcrübəsi - Komanda ilə iş bacarığı - Təqdimat etmə bacarığı - Sərbəst və aydın nitq - Ofis proqramlarını bilmək - Yüksək ünsiyyət qurmaq bacarığı
Öhdəliklər - Xarici şirkətlərlə korporativ yazışmaların aparılması və görüşlərin keçirilməsi - Xarici bazarlar üzrə tələblərin öyrənilməsi - Satış istiqamətində təqdimatların hazırlanması - Yerli istehsalçıların ixrac potensialının öyrənilməsi - İxrac prosesinə nəzarət etmək - Satış hədəflərinin yerinə yetirilməsi - Müvafiq hesabatların hazırlanması Əmək şərtləri: - AR Əmək Məcəlləsinə əsasən sənədləşmə - İş saatı: 09:00-18:00, Şənbə-Bazar istirahət günləri Dövlət Aqrar Ticarət Şirkəti adlı şəxsin şəkli.