Böyük Britaniyanın mühüm investisiya şirkətlərindən biri olan "Hilco"nun nəzdində fəaliyyət göstərən iri "Homebase" mağazalar şəbəkəsinin gələn həftə 60 ilə 80 arasındakı mağazasının bağlayacağı açıqlanıb. Ev və bağ məhsulları satan şəbəkənin bağlayacağı mağazalara görə 1000-ə yaxın işçi işsiz qalacaq. Mağazalar şəbəkəsi, ötən ilin may ayında şirkət borclarına möhlət verilməsi üçün müraciət etmişdi. 2 il əvvəl Avstraliya holdinqi "Wesfarmers" 340 milyon funt-sterlinq ödəyərək 250 mağazadan ibarə "Homebase" mağazalar şəbəkəsini satın almış, daha sonra 1 funt-sterlinqə "Hilco"ya satmışdı. (Marja)