"Təəssüf ki, Azərbaycanda ucuzdursa keyfiyəti yoxdur, ucuz ətin şorbası olmaz kimi ifadələr var. Biz isə ucuz amma keyfiyyətliyik deyirik. İstehlakçılara təqdim etdiyimiz məhsulların keyfiyyətində kompramisə getmirik. Eyni zamanda hər bir məhsulun keyfiyyətinin yoxlanmasına həssaslıqla yanaşırıq". Bu barədə Foodinfo.az-a açıqlamasında“OBA” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Elvin Babayev məlumat verib. Onun sözlərinə görə, istehsalçı qarşısında keyfiyyət tələbi qoyuruq. Bu məsələləri də Keyfiyyətə Nəzarət Departamenti ilə nəzarətdə saxlayırıq. Hər-hansı bir məhsul satışa çıxmazdan öncə anbarlardan təsadüfi məhsullar seçilir və analizlər üçün labaratoriyaya göndərilir. Daxili labaratoriyalarla yanaşı biz ölkəmizdə və xaricdə fəaliyyət göstərən standartlaşdırılmış labaratoriyaların da xidmətlərindən istifadə edirik. Keyfiyyət analizlərindən uğurla keçən məhsul marketlərdə satışa çıxarılır, əks təqdirdə isə məhsul istehsalçıya geri qaytarılır. Məhsulun təkcə keyfiyyəti yox həm də dadı bizim üçün önəmlidir. Bunu biz foks qruplar arasında keçirilən kor dadım əsasında müəyyənləşdirirk. Əgər məhsul dad olaraq da əhalinin ağız dadına uyğundursa məhsulun satışına start verilir. Kərim