Təxminən 10 min ildir ki, mövcud olan saqqız bu gün demək olar ki, bir çox insanın vərdişidir. Amma alimlər sübut edib ki, saqqız çeynəmək adamların kökəlməsinə də səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, Mütəxəssislər çox saqqız çəynəməyin üz cizgilərini dəyişdirə biləcəyini söyləyirlər. Onların fikrincə çənə aparatındakı əzələlər çeynəmə prossesindən bərkiyir.
Saqqız çəynəyən zaman əzələlərdən çox istifadə edildiyi üçün əzələlər gərginləşə bilər. Əzələlərin gərginləşməsi baş ağrılarına səbəb ola bilər.
Nanəli saqqız çəynədikdən sonra aclıq hissi edə bilərsiniz. Bu saqqızın tərkibindəki maddələrlə bağlıdır. 2013 - cü ildə edilən araşdırmalara əsas nanəli saqqız yüksək karbohidratlı qidalara istəyi artırır.
Şəkərsiz saqqızlar şişkinliyə səbəb ola bilir. Bunun səbəbi şəkərsiz saqqız istehsalında istifadə edilən maddələrdir. Dadlandırıcı maddələr mədədə köpüyə çevrilə bilir. Bu hal şişkinlik yaşamağınıza gətirib çıxarar. Saqqızdakı süni dadlandırıcılar bağırsaq florasını dəyişdirir.
Şəkərli saqqızlar insanlarda piylənmə riskini artırır.