Siqaret, piylənmə, yüksək qan təzyiqi, şəkərli diabet, spirtli içki qəbulu kimi amillər ürəyə təsir edir. Ancaq ürəyinizi cavanlaşdıran qidalar var.

Pomidor. Bir çox araşdırmaya görə, bu tərəvəzlərin müntəzəm istehlakı ürək xəstəliyi, dəri zədələnməsi və bəzi xərçəng növləri ehtimalını azaldır. \

Həftədə beş və ya daha çox qoz-fındıq yeməklə, ürək xəstəliyi riskinizi demək olar ki, 40% azalda bilərsiniz.

Tünd şokolad. Bir çox elmi araşdırmalar onu yeyən insanların ürək-damar xəstəliklərindən daha az əziyyət çəkdiyini göstərir.

Kətan toxumu sağlam xolesterol səviyyəsini artırır və çoxlu omeqa-3 ehtiva edir. Bu yağ turşuları ürək xəstəliklərinin inkişaf ehtimalını azaldır.