Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” həyata keçirilib.

Saglamolun.az xəbər verir ki, bu fikirləri TƏBİB-in Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə səsləndirib.

O bildirib ki, proqram çərçivəsində xarici ölkələrdə (Avropa İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları, Türkiyə Cümhuriyyəti) müxtəlif ixtisaslar üzrə təhsil almış 72 həkim-mütəxəssis 15 TƏBİB tabeli tibb müəssisəsində əmək müqaviləsi əsasında daimi olaraq işə qəbul edilib:

“İşə qəbul edilən cərrahi və radioloji profilli ixtisaslardan olan həkim-mütəxəssisin minimum əməkhaqqı 6500 manat, terapevtik və pediatrik ixtisaslardan olan həkim-mütəxəssisin minimum əməkhaqqı isə 5000 manat təşkil edilib. Qeyd edim ki, bu proqram yaxın zamanlarda İcbari Tibbi Sığorta Dövlət Agentliyinin idarə heyətinin sədrinin qərarı ilə bir il müddətinə uzadılıb”.