Rəqəmsal dünya dilinin bir parçası sayılan və müxtəlif vəziyyətlər üçün simvollar ehtiva edən emojilər mesajlaşma proqramlarında geniş istifadə edilir.
2014-cü ildən 17 iyul "Ümumdünya Emoji Günü" kimi qeyd olunur.
Buna görə "Crossword-Solver" 75 ölkə arasında maraqlı araşdırma aparıb. Belə ki, onun apardığı araşdırmaya görə, hazırda istifadədə olan 3 mindən çox emoji olsa da, bəziləri istifadəçilər tərəfindən daha çox seçilir.
Nəticələrə görə, ən çox istifadə edilən emojilər siyahısında birinci yerdə “sevinc göz yaşları ilə gülümsəyən üz” emojisi gəlir.
Bu emoji əksər ölkələrdə zirvədə olsa da, bəzi ölkələrdə ən çox istifadə edilən emojilər fərqlidir. Məsələn, Böyük Britaniyada "ürək", Hindistanda "dua edən əllər", Səudiyyə Ərəbistanında "ağ ürək", İsveçrədə "ölkə bayrağı" emojisi daha çox istifadə olunur.
Ən çox istifadə edilən ikinci emoji isə "ürək"dir.