Uzun ömür, can sağlıgı hər birimizin arzusudur. Sən demə, bədənimizdəki xüsusiyyətlərimiz bizim uzunömürlü olduğumuzu indidən göstərə bilər. Odur ki, güzgü qarşısına keçib özünüzə diqqətlə baxın.
Foodinfo.az həmin əlamətləri təqdim edir.
1. Sağlam dişlər
Diqqət etməli olduğunuz ilk şey dişlərinizdir. Diş həkiminə nə qədər tez-tez getməyə başladığınızı, hansı problemlərlə və ilk dəfə nə vaxt qarşılaşdığınızı xatırlayın. Hesab edilir ki, uzun yaşamağa meylli olanların dişləri möhkəmdir. Onlarda kariyes əmələ gəlsə də, kifayət qədər gec yaşda. Dişlər nə qədər güclüdürsə, ömür də bir o qədər uzun olar!
2. Çoxlu xallar
Uzunömürlü insanın ikinci əlaməti, Çin təbabətinə görə, bədəndə çoxlu sayda xalın olmasıdır. Əgər sizdə onların sayı yüzdən çoxdursa, təbrik edirik: demək olar ki, heç bir xalı olmayan dost-tanışlarınızdan 10-15 il daha çox yaşamaq ehtimalınız var.
3. Simmetrik üz
Həmin çinlilər simmetrik üz quruluşunu da uzunömürlülüyün əlamətlərindən biri kimi qeyd edirlər. Simmetriya gözəllikdən əlavə, həm də faydalıdır. Təbiət etibarilə insanlar adətən asimmetrikdirlər, lakin nisbətən simmetrik sifətə sahib olmaq şansına maliksinizsə, yüz il yaşayanlardan ola bilərsiniz..
4. Sırğalıq yeri iri olan böyük qulaqlar
Tarixən qeyd olunur ki, 90 ildən çox yaşamış insanların qulaqları xüsusi bir quruluşa malik olub: böyük ölçülü qulaqlar, bir qədər uzanmış (təxminən 7 sm) və qalınlaşmış qulaq məməsi (sırğalıq) və arxa hissəsinin bir qədər çıxıntılı olması.
5. Dodağın üstündəki çuxur
Dodaqlarınıza baxın. Onların forması təkcə xarakteri deyil, həm də bir insanın uzun ömürlü olub-olmayacağını söyləyə bilər. Filtruma (dodağın üstündəki, burunla dodaq arasındakl çuxura) diqqət yetirməyə dəyər. Əgər dərindirsə, yaxşıdır. Onun uzunluğu orta barmağın orta oynağının uzunluğundan bir qədər uzundursa, bu, uzunömürlülüyün əlamətidir. Çin təbabətinə görə, filtrumun uzunluğu endokrin və reproduktiv sistemlərin sağlamlığı ilə əlaqəli dir.
6. Göz və saç rəngi
Təəccüblüdür ki, yüz ildən çox yaşamış insanların əksəriyyətinin saçları qara və tünd qəhvəyi, gözləri isə əsasən qəhvəyi olub. Boy da önəmlidir, orta göstərici 166 sm-dən başlayır. O da maraqlıdır ki, uzunömürlülər daha çox “ərkənci quş” olurlar, yəni səhər tez durub axşam tez yatırlar.
7. Dolğun yanaqlar
Yanaqlarınızı bəyənirsiniz? Bir çox qızlar arıq və batmış yanaqların daha estetik və gözəl göründüyünə inanaraq, haqsız yerə yumşaq yanaqlardan qurtulmağa çalışırlar. Lakin "toppuş" və yumşaq yanaqlar da insanın uzunömürlülüyünə işarədir. Çin həkimləri bunu həm də böyrəklərin normal fəaliyyətinin göstəricisi hesab edirlər.
Leyla