Dörd "xoşbəxtlik hormonu" var: serotonin, dopamin, endorfin və oksitosin. Onlar bizi sevinc və enerji ilə doldurur və bədəndə kifayət qədər istehsal olunmazsa, həyat boz və darıxdırıcı görünə bilər. Lakin bu hormonların sintezini artırmağa kömək edəcək sadə və əlverişli yollar da var.
Foodinfo.az xoşbəxt həyat üçün Moskva Dövlət Universiteti klinikasının endokrinoloqu Zuxra Pavlovanın 10 məsləhətini təqdim edir.
Onlar sadə görsənsələr də, həqiqətən işə yarayırlar.
1. Sevimli musiqini dinləyin, mədəni tədbirlərə və sərgilərə gedin. Əsas odur ki, bundan zövq alasınız.
2. Öz yaradıcılığınızla məşğul olun. Bu, toxuculuqdan tutmuş rəsmə qədər istənilən məşğuliyyət ola bilər.
3. Yeni bir şeylər öyrənin. Bu, istənilən tədris növü ola bilər. Hətta aşpazlıq dərsləri belə, tapşırıqları uğurla yerinə yetirdikdə əhval-ruhiyyənizi yaxşılaşdıracaq.
4. Sağlam və dadlı yeməklərdən həzz alın və onu hazırlamaq üçün vaxt ayırın.
5. Sevdiklərinizlə, yaxınlarınızla yaxşı münasibətləri qoruyun. Əzizlərinizlə xoş ünsiyyət sizin üçün güc mənbəyi ola bilər.
6. Açıq havada vaxt keçirin, xüsusilə hava günəşli olduqda. Dənizdə qısa bir fasilə haqqında da düşünün.
7. İdmanla məşğul olun. Hətta sadə məşqlər də əhvalınızı yüksəldə bilər.
8. Gülün. Gülüş hətta xəstəliklər zamanı daha sürətli sağalmağa kömək edir və əhval-ruhiyyəni yaxşılaşdırır.
9. "Xoşbəxtlik hormonlar"ınızı artırmaq üçün masajlardan, saunalardan və hamama getməkdən həzz alın.
10. Sevdiklərinizi qucaqlamağı və öpməyi unutmayın. Bu, oksitosin ifrazını stimullaşdırır, təhlükəsizlik və sevinc hissi gətirir.
Bu sadə məsləhətləri tətbiq etməklə, əhval-ruhiyyənizi əhəmiyyətli dərəcədə yaxşılaşdıra və həyatdan həzz ala bilərsiniz.
Natəvan