Qida zəhərlənmələri bütün dünyada tez-tez rast gəlinən bir haldır və isti havalarda, yaz-yay aylarında daha çox təsadüf edilir.
Foodinfo.az AQTA-ya istinadən bildirir ki, zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistik rəqəmlərinə əsasən, qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir. Qida zəhərlənmələrindən qorunmaq üçün evdə qida hazırlayarkən tövsiyə olunan gigiyena qaydalarına əməl etmək lazımdır:
- Əllər yemək hazırlamazdan öncə, əsasən də çiy qidalarla təmasdan sonra yaxşıca yuyulmalıdır;
- Mətbəx dəzgahı təmiz saxlanmalı, xüsusilə çiy qidalarla (çiy ət, quş əti, balıq, çiy yumurta və tərəvəz) təmasdan sonra yaxşıca təmizlənməlidir;
- Yemək hazırlayarkən əldə hər hansı bir yara varsa, sarğı ilə bağlanmalıdır;
- Çiy istehlak edilən (limon, pomidor, meyvələr və s.) və çiy istehlak edilməyən (ət, kartof və s.) qidalar üçün fərqli doğrama lövhələrindən və bıçaqlardan istifadə edilməlidir.
Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!