Endokrinoloq Yelena Ostrovskaya gündə qəbul edilən şokolad miqdarı haqqında danışıb. Foodinfo.az bildirir ki, ekspertin “İzvestiya” qəzetinə müsahibəsində qeyd etdiyi kimi, gündə 20-30 q şokolad dozasını aşmaq məsləhət görülmür.
Mütəxəssisin sözlərinə görə, acı (75% kakaodan) və ya tünd (45% kakaodan) şokoladdan istifadə etmək məsləhətdir.
Məhsulun tərkibinə də diqqət yetirmək lazımdır. Şokoladın özünə qarşı allergiyanız olmasa belə, barda allergiya xəstələri üçün təhlükəli olan əlavələr ola bilər.