Piylənmə bir çox ciddi sağlamlıq problemlərinə yol açaraq həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda bilər.
Foodinfo.az piylənmənin gətirdiyi əsas xəstəlikləri təqdim edir:
1. Ürək-damar xəstəlikləri
Piylənmə yüksək qan təzyiqi, yüksək xolesterol və ürək xəstəlikləri riskini artırır. Artıq bədən yağı damarların sərtləşməsinə və daralmasına səbəb olaraq aterosklerozun inkişafına yol açır. Bu da infarkt və insult riskini artırır.
2. Tip 2 diabet
Bu vəziyyət insulin müqavimətini artırır və nəticədə qanda şəkər səviyyəsinin yüksəlməsinə səbəb olur. Bu, tip 2 diabet inkişaf riskini əhəmiyyətli dərəcədə artırır. Diabet isə sinir zədələnmələri, böyrək xəstəlikləri və görmə problemlərinə səbəb ola bilər.
3. Hiperlipidemiya
Qan yağlarının (lipidlərinin) səviyyəsini artıran piylənmə yüksək xolesterol və triqliserid səviyyələri, ürək xəstəlikləri və pankreatit riskini artırır.
4. Yuxu apnesi
Piylənmə yuxu zamanı nəfəs almada fasilələr yaradan yuxu apnesinə səbəb ola bilər. Yuxu apnesi ürək-damar xəstəlikləri riskini artırır və gündəlik həyatda yorğunluq və diqqət dağınıqlığına səbəb olur.
5. Oynaqların zədələnməsi
Artıq çəki oynaqlara əlavə yük gətirərək osteoartrit kimi oynaq problemlərinin inkişafına səbəb ola bilər. Bu, xüsusilə diz, omba və bel oynaqlarında ağrılara və hərəkət məhdudiyyətlərinə yol açır.
6. Qaraciyər xəstəlikləri
Piylənmə qaraciyərdə yağ yığılmasına (yağlı qaraciyər xəstəliyi) səbəb olaraq qaraciyər iltihabına və siroza gətirib çıxara bilər. Bu da qaraciyərin normal funksiyasını pozur.
7. Xərçəng
Bu hal bəzi xərçəng növlərinin riskini artırır. Bu xərçənglər arasında döş, kolon, endometrium və böyrək xərçəngləri var. Piylənmə hormon səviyyələrini dəyişdirərək və iltihabı artıraraq xərçəng riskini yüksəldir.
8. Reproduktiv və uşaq doğma problemləri Piylənmə qadınlarda menstruasiya pozğunluqları və sonsuzluq riskini artırır. Həmçinin, hamiləlik zamanı piylənmə hamiləlik diabeti və preeklampsi kimi problemlərin riskini artırır.
9. Psixoloji təsirlər
Depressiya, anksiyete və özgüvənsizlik kimi psixoloji problemlərə yol aça bilən piylənmə insanların ruh sağlamlığına mənfi təsir göstərir.