40 yaşdan yuxarı insanlar pəhrizlərini sitrus meyvələri, qoz-fındıq, balıq və tünd yarpaqlı göyərti ilə zəngil etməlidir.

Foodinfo.az xəbər verir ki, bu məhsullar hormonal balansı qorumağa, gəncliyi uzatmağa və daha enerjili olmağa kömək edəcək.

Tünd yarpaqlı göyərti B vitaminləri, mis və antioksidantların mənbəyidir. Balıq orqanizm üçün vacibdir, çünki tərkibində beyin funksiyası üçün omeqa-3 yağ turşuları və yod var. Sitrus meyvələri orqanizmə zülal udmağa kömək edir, şişkinliyi azaldır və immunitet sistemini dəstəkləyir. Qoz-fındıq qidaları enerjiyə çevirməyə kömək edir və həmçinin sağlam yağlar, kalsium və E vitamini ehtiva edir.