Bu ilin 10 ayında ölkəyə 123 min 709 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib. Foodinfo.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 104 milyon 369 min ABŞ dolları olub. Xatırladaq ki, ötən ilin yanvar-oktyabr aylarında ölkəyə 111 milyon 967 min dollarlıq 120 min 414 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.