Zülal orqanizmin sağlam fəaliyyəti üçün əsas qida maddələrindən biridir. Mütəxəssislərin fikrincə, zülal çatışmazlığı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Foodinfo.az bildirir ki, adi aktivlik səviyyəsinə malik insanlar hər kiloqram çəki üçün gündə 1,1-1,3 qram protein qəbul etməlidirlər. İdmançılar və fitnes həvəskarları isə bu normanı 1,4-1,8 qram səviyyəsinə qədər artırmalıdırlar.
Protein çatışmazlığı uzunmüddətli və sistematik olduqda immun sisteminin zəifləməsi, əzələ itkisi və yaraların daha gec sağalması ilə nəticələnə bilər. Həmçinin, metabolik problemlər, uşaqlarda böyümənin ləngiməsi, saç və dəri sağlamlığının pisləşməsi kimi fəsadlar da mümkündür. Buna görə də, gündəlik qida rasionunda kifayət qədər proteinə yer ayırmaq vacibdir.