Bir çox insanlar sodanı mədə yanması ilə mübarizə üçün bir ev vasitəsi kimi qəbul edirlər, lakin həkimlər belə bir "antasid"in ciddi zərər verə biləcəyini xəbərdar edirlər. Foodinfo.az Amerika Tibbi Toksikologiya Kollecinin jurnalının məlumatlarına istinadən xəbər verir ki, sodadan bu keyfiyyətdə istifadənin nəticələri qanda turşu-qələvi balansının pozulmasına, aritmiya, infarkt və hətta ölümə səbəb ola bilər.

Mədə yanmasını soda ilə “söndürməyin” başqa bir nəticəsi mədənin yırtılması ola bilər. Mütəxəssislərin fikrincə, sodanın mədədə olan xlor turşusu ilə reaksiyası karbon qazının aktiv şəkildə sərbəst buraxılmasını stimullaşdırır. Bu, mədənin divarlarında təzyiqin kəskin artmasına və nəticədə onların yırtılmasına səbəb ola bilər.