Konservləşdirilmiş noxud və qarğıdalı, eləcə də zeytun ilə yanaşı, konservləşdirilmiş lobya da sevilir.

Foodinfo.az xəbər verir ki, lobya zülal, lif, vitamin və digər faydalı maddələrin mənbəyi hesab olunur. Ancaq onu nəzarətsiz istifadə edə bilməzsiniz.

Bu məhsulu adi qida rasionuna daxil etməzdən əvvəl orqanizmin fərdi qida ehtiyaclarını, fiziki aktivlik səviyyəsini və pəhrizi nəzərə almaq lazımdır. Orta hesabla, porsiya ölçüsü gündə 100-120 qramdan çox olmamalıdır.

Məhsulun qaz meydana gəlməsinə səbəb ola biləcəyini xatırlamaq lazımdır. Mədə-bağırsaq, həmçinin böyrək xəstəlikləri olduöu zaman bu məhsul ilə ehtiyatlı olmalısınız. Konservləşdirilmiş qidaların tərkibində yüksək təzyiq, şişlik və digər xəstəliklər yarada bilən duz olduğunu xatırlamaq lazımdır.