Sarımsaq yalnız mətbəxdə deyil, həm də dəri sağlamlığı üçün bir çox faydalı xüsusiyyətlərə malikdir. Təbii antibakterial və antiinflamatuar xüsusiyyətləri ilə sarımsaq dəri problemlərinin müalicəsində təsirli bir vasitədir.

Foodinfo.az sarımsağın faydalarını təqdim edir:

1. Antioksidant Təsiri

Sarımsaq antioksidantlarla zəngindir. Bu antioksidantlar sərbəst radikalları zərərsizləşdirir və dəri hüceyrələrinin yenilənməsini dəstəkləyir. Nəticədə dəri daha gənc və sağlam görünür.

2. Antibakterial və Antifungal Xüsusiyyətlər

Antibakterial və antifungal xüsusiyyətləri ilə dəridəki infeksiyalara qarşı mübarizə aparır. Xüsusilə, sızanaq və cizvə kimi dəri problemlərinin müalicəsində təsirlidir. Sarımsağın tərkibindəki allisin maddəsi bakteriya və göbələkləri öldürməyə kömək edir.

3. İltihaba Qarşı Təsir

Bu tərəvəz dəri üzərindəki iltihabı azaldır. Bu xüsusiyyət ekzemalar, sızanaqlar və digər dəri iltihabları üçün faydalıdır. Sarımsaqla iltihabı azalda və dərinin sakitləşməsini təmin edə bilərsiniz.

4. Kollagen İstehsalını Dəstəkləyir

Sarımsağın tərkibindəki kükürd kollagen istehsalını artırır. Kollagen dərinin elastikliyini və möhkəmliyini qorumaqda vacibdir. Kollagen səviyyəsinin artması dəri qırışlarının azalmasına və daha gənc görünməsinə kömək edir.

5. Qan Dövranını Yaxşılaşdırır

O, qan dövranını yaxşılaşdırır, bu da dəriyə daha çox oksigen və qida maddələrinin çatmasını təmin edir. Nəticədə, dəri daha sağlam və parlaq görünür.

Sarımsağı həm daxili, həm də xarici olaraq istifadə edilir. Daxili istifadə üçün gündəlik qidalanmanıza sarımsaq əlavə edə bilərsiniz. Xarici istifadə üçün isə sarımsağı əzib su ilə qarışdıraraq problemli dəri bölgələrinə tətbiq edə bilərsiniz. Ancaq dərinizdə həssaslıq yarada biləcəyi üçün əvvəlcə kiçik bir sahədə sınaqdan keçirmək məsləhətdir.