"OBA marketlər şəbəkəsi yaradılması ideyası 2016-cı ildə dünya marketçilik təcrübəsinin araşdırılamsı zamanı yaranıb. Biz Türkiyə, Belarusiya, Almaniya, Hollandiya və digər ölkələrin marketçilik praktikasını araşdırma edərkən discount marketlərin əhali üçün çox uyğun olduğunu gördük". Bu fikirləri Foodinfo.az-a açıqlamasında “OBA” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Elvin Babayev   deyib. E.Babayevin sözlərinə görə, bundan sonra ümumi bazanı yaradıb ilk dəfə Əhmədli 1 filialını açdıq. Tez bir zamanda müştəri rəğbəti, alıcıların keyfiyyətli amma eyni zamanda ucuz məhsullara böyük marağının olduğunu gördük. Əhalinin aylıq ailə büdcəsinə qənaət etməsi üçün bütün bölgələrdə filiallarımızın açılmasını hədəf seçdik. Hal-hazırda bu yolda uğurla və dayanmadan irəliləyirik. Müştərilərin dəstəyi, OBA marketlərə marağı və sevgisi sayəsində artıq marketimiz hədəflərə doğru inamla addımlayır. "Biz Qarabağda işğaldan azad edilmiş torpaqlarda fəaliyyət göstərən ilk və tək marketlər şəbəkəsiyik. Belə ki, 2017-ci ildə Cocuqmərcanlı kəndində ilk marketimizi açdıq. Arzumuz bütün Qarabağda marketlərimizin açılmasıdır", deyə E.Babayev əlavə edib. Kərim