Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
3 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 14 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 14 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 11, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Orxan" market |
Səbail rayonu, Q.Abbasov küç., ev 40, m. 19 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
2 |
"24 Saat" market |
Yasamal rayonu, Ə.B.Haqverdiyev küç., ev 13 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
"İlqar" market |
Səbail rayonu, Badamdar şosesi, ev 22 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 |
"İdeal" market |
Binəqədi rayonu, Biləcəri ştq, X.Natəvan küç., ev 4B |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
"Bizim" market |
Binəqədi rayonu, R.Allahverdiyev küç., ev 25 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 |
"Tez Bazar" market |
Abşeron rayonu, Masazır qəs., Ə.Vahid küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 4.Ev şəraitində hazırlanan məhsulların satışı |
7 |
Babayev Elman Nəsir oğluna məxsus mağaza |
Oğuz şəhəri, Yaqublu kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
"Ailə" market |
Şəmkir rayonu, Şuşa küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri |
|||
9 |
"Çinar" restoranı |
Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 4.Ev şəraitində hazırlanan məhsulların satışı |
10 |
"Həkəri" restoranı |
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 4.Ev şəraitində hazırlanan məhsulların satışı |
11 |
"Şaurma N1" restoranı |
Abşeron rayonu, Masazır dairəsi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
12 |
Şükürov Vidadi Qulu oğluna məxsus yeməkxana |
Oğuz şəhəri, S.Vurğun küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
13 |
İsmayılov Rəhman Mehman oğluna məxsus kafe |
Oğuz şəhəri, Yaqublu kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
14 |
Şükürov Asif Nurəddin oğluna məxsus çay evi |
Oğuz şəhəri, Yaqublu kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |