2007-ci ilin "iPhone" modeli ABŞ-da keçirilən hərrac zamanı rekord qiymətə - 190.000 dollara satılıb. İlkin qiyməti 10 min olan qacetin 50-100 min dollara satılacağı gözlənilib. 

Foodinfo.az xəbər verir ki, bu barədə ABÇ-ın "LCG Auctions" hərrac evi öz saytında bildirib.

Lotun təsvirində göstərildiyi kimi, oxşar model daha öncə də, 2022-ci ilin oktyabrında hərraca çıxarılıb və çox daha aşağı qiymətə - 39 min dollara - satılıb. 

Lakin artıq 2023-cü ilin fevralında həmin model telefonun qiyməti  63 min dollara çatıb.

Son olaraq, iyulun 16-da sözügedən model 190 372 dollara satılıb.

Lotun qiymətinin artması modelin yaddaşının həcmi ilə bağlıdır. Əvvəllər satılan "iPhone"larda yaddaş 8 GB olub. Son satılan qadcet isə 4 GB yaddaşa malikdir. 

Məhdud çeşiddə olan bu  model 29 iyun 2007-ci ildə iki versiyada - 4 GB (499 dollara) və 8 GB (599 dollara) satışa çıxarılıb. Lakin kiçik həcmli variant çox populyar olmadığı üçün cəmi iki aydan sonra bazardan çıxarılıb.

Hərrac evinin nümayəndələrinin sözlərinə görə, satılan model əla vəziyyətdədir. O, "iPhone" mühəndislərinin birinci komandasının üzvlərindən birinin əlindən hərraca çıxarılıb.

Leyla