
ABŞ alimləri SIRIUS proqramından çıxıblar.
Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat qeyd olunub. Qeyd edək ki, sözügedən proqram Aya uçuşun imitasiyası üçün ekipajın izolyasiyasını nəzərdə tutan beynəlxalq proqramdır.
“Bu proqram əvvəlcə NASA ilə birgə planlaşdırılmışdı. Təbii ki, cari siyasi vəziyyət bu planlarda müəyyən düzəlişlərə səbəb oldu”, - deyə Rusiya Elmlər Akademiyasının tibbi-bioloji problemlər İnstitutunun direktoru Oleq Orlov bildirib.