Avropa alimləri amerikalıların sağlamlığına təsir edə biləcək daha bir elementi aşkar ediblər.
Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən element ABŞ-də xəmirə əlavə edilən bromat kaliumdur.
Qeyd edək ki, bu ehtimal olunan kanserogen Avropa, Çin və Hindistanda qadağan edilib. Sözügedən maddənin ABŞ-də 100-dən artıq məhsulda istifadə olunduğu qeyd edilir.
İngiltərənin Sasseks Universitetinin professoru, qida əlavələri üzrə ekspert Erik Millstounun sözlərinə görə, hətta bu maddənin istehlakçılar üçün toksik ola biləcəyinə dair sübutlar da mövcuddur.
Fərid