Payız mövsümündə yetişən zoğal (bürsnika) orqanizm üçün çoxsaylı faydaları ilə seçilən təbii məhsullardandır. Foodinfo.az xəbər verir ki, bu giləmeyvə təkcə immun sistemini gücləndirmir, həm də orqanizmi toksinlərdən qoruyur və hüceyrələrin bərpasını sürətləndirir.

Piroqov adına Klinik Tibb İnstitutunun mütəxəssisi Ülyana Maxovanın sözlərinə görə, zoğalın həm meyvələri, həm də yarpaqları sağlamlıq üçün dəyərlidir. Onun tərkibində yüksək miqdarda C vitamini, karotin, dəmir və mis var. Bu maddələr orqanizmin müdafiə sistemini aktivləşdirir və qan dövranını yaxşılaşdırır.

Mütəxəssis qeyd edib ki, zoğalı digər meyvələrdən fərqləndirən əsas xüsusiyyət onun tərkibindəki metilarbutin adlı birləşmələrdir. Bu maddələr orqanizmi kobalt və civə kimi ağır metalların zəhərlənməsindən qoruyur.

Zoğal həmçinin güclü antioksidant təsirə malikdir, sərbəst radikalları zərərsizləşdirir və qocalma prosesini ləngidir. Onun yarpaqlarından hazırlanan çaylar sidik yollarının iltihabında və böyrək problemlərində təsirli hesab olunur.

Dietoloqlar bildirirlər ki, zoğalı ən çox təzə halda qəbul etmək faydalıdır. Çünki bişirmə və ya dondurma zamanı onun tərkibindəki vitaminlərin bir hissəsi məhv olur.

Zoğalın gündəlik rasiona əlavə edilməsi immun sisteminin güclənməsinə, orqanizmin toksinlərdən təmizlənməsinə və enerji səviyyəsinin artmasına kömək edir. Onu çaylara, yulaf sıyığına və ya təbii yoqurta əlavə etmək həm dadlı, həm də sağlam seçim sayılır.